"Harvey" qasırğasının dünya energetikasına təsiri dərinləşir

"Harvey" qasırğasının dünya energetikasına təsiri dərinləşir ABŞ-ın neft hasilatında problem yaşanmır
Energetika
1 Sentyabr , 2017 17:58
Harvey qasırğasının dünya energetikasına təsiri dərinləşir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Həftə ərzində "Harvey" qasırğası səbəbindən Meksika körfəzində yerləşən 29 neftayırma zavodundan 17-si fəaliyyətini dayandırıb. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, nəticədə 3,8 mln. barel/gün emal gücü aktivliyini dayandırıb. Bu da öz növbəsində ABŞ-da benzin qiymətlərinin 0,15-0,25 dollar/qallon artmasına gətirib çıxarıb. Meksika körfəzində qiymətlərin 0,20-0,35 dollar/qallon artacağı ehtimal edilir.

ABŞ-dakı neftayırma zavodlarında yaranan böhran artıq Avropa bazarına da təsir edib. Avropada propan və liqroin qiymətləri artıb. ABŞ-da yaranan yanacaq ehtiyacının Avropadan və Asiyadan təmin edilməsinə başlanılıb.

Neft hasilatında isə hələ ki, problem yaşanmır. Neftayırma zavodlarına daxil ola bilməyən neft anbarlara yığılır. Bu səbəbdən xam neft qiymətlərində azalmanın davam edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi