“Halliburton” şirkətinin zərəri 9 dəfə artıb

“Halliburton” şirkətinin zərəri 9 dəfə artıb Şirkət ili 5,8 mlrd. dollar zərərlə başa vurub
Energetika
24 Yanvar , 2017 19:37
“Halliburton” şirkətinin zərəri 9 dəfə artıb

Bakı.24 yanvar. REPORT.AZ/ “Halliburton” (ABŞ) şirkətinin ötən ildə zərəri əvvəlki illə müqayisədə 8,6% artaraq 5,77 mlrd. dollar olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, ötən ilin IV rübündə şirkət 153 mln. dollar zərərlə üzləşib.

Ümumilikdə şirkətin 2016-cı ildə gəlirləri 15,9 mlrd. dollar olub ki, bu da 2015-ci ildən 7,7 mlrd. dollar, yaxud da 33% azdır.

Son xəbərlər

Orphus sistemi