"Halliburton" neftin qiymətinə görə daha 5 min əməkdaşını ixtisara salacaq

"Halliburton" neftin qiymətinə görə daha 5 min əməkdaşını ixtisara salacaq İxtisar şirkətin ümumi personalının 8%-nə təsir edəcək
Energetika
26 Fevral , 2016 14:47
Halliburton neftin qiymətinə görə daha 5 min əməkdaşını ixtisara salacaq

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ-ın "Halliburton" neft-xidmət şirkəti neftin qiymətinin aşağı olmasına görə daha 5 min əməkdaşını ixtisara salacaq.

"Report" "Efe" informasiya agentliyinə istinadən xəbər verir ki, ixtisar şirkətin ümumi personalının 8%-nə təsir edəcək.

Xatırladaq ki, yanvar ayında "Halliburton" 2015-ci ilin IV rübünün maliyyə nəticələrini təqdim etdikdən sonra 4 min əməkdaşını ixtisara salmışdı.

Qeyd edək ki, 2015-ci ilin yekunları üzrə "Halliburton" şirkəti 666 milyon dollar məbləğində xalis zərərə qatlaşıb. Hərçənd bir il əvvəl bu göstərici 3,436 milyard dollarlıq gəlirlə ölçülürdü.

Son xəbərlər

Orphus sistemi