Hacıqabul və Beyləqanın bəzi kəndlərində qaz təchizatı dayandırılacaq

Hacıqabul və Beyləqanın bəzi kəndlərində qaz təchizatı dayandırılacaq Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.
Energetika
1 Avqust , 2019 09:04
Hacıqabul və Beyləqanın bəzi kəndlərində qaz təchizatı dayandırılacaq

Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır. Saat 14.00-dan işlər başa çatana qədər isə Beyləqanın ümumi abunəçi sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi