Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq İsmayıllı və Astaranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
23 Yanvar , 2017 17:15
Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 24-də saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin  (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.                               

Son xəbərlər

Orphus sistemi