Bakı. 9 avqust. REPORT.AZ/ Avqustun 10-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdəmir” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.