Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Kürdəmir rayonunun Sığırlı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
30
11 Fevral , 2016 18:30
Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 12-də saat 09:00-dan 19:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə iki kəndin - Kürdəmir rayonunun Sığırlı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.