H.Əliyev adına NEZ-də qənaət rejiminin gücləndirilməsi ilə bağlı tədbirlər planı qəbul edilib

H.Əliyev adına NEZ-də qənaət rejiminin gücləndirilməsi ilə bağlı tədbirlər planı qəbul edilib Görülən işlər nəticəsində artıq müəssisədə xeyli miqdarda su, buxar və elektrik enerjisinə qənaət olunub
Energetika
26 Yanvar , 2016 15:47
H.Əliyev adına NEZ-də qənaət rejiminin gücləndirilməsi ilə bağlı tədbirlər planı qəbul edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin “Maliyyə dayanıqlığı və xərclərin optimallaşdırılması haqqında” müvafiq əmrinin icrası ilə əlaqədar olaraq Heydər Əliyev adına Neft Emalı Zavodunda qənaət rejiminin gücləndirilməsi və israfçılığın qarşısının alınması istiqamətində işlərə start verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, zavodda suyun məsrəfinə nəzarəti təmin etmək üçün istehsalat sahələrində əlavə olaraq 90 ədəd müxtəlif ölçülü su sayğacının quraşdırılmasına başlanılıb. İstifadə olunan buxar və yanacağa qənaəti gücləndirmək məqsədilə müvafiq tədbirlər görülür, əlavə hesabat qovşaqları (daraldıcı quruluşlar və ölçü qurğuları) yaradılır. Görülən işlər nəticəsində artıq müəssisədə xeyli miqdarda su, buxar və elektrik enerjisinə qənaət olunub. 

"Bundan əlavə, quru qazın metildietanolaminlə təmizlənməsi prosesinin tətbiqinə başlanılıb ki, bu da kaustik sodaya qənaət olunması, 202 və 305 nömrəli neftin ilkin emalı qurğularının, eləcə də 401 nömrəli bitum qurğusunun maksimum məhsuldarlıqla istismarı, elektrik və istilik enerjilərinə, kənardan alınan bütün növ sulara qənaət olunmasına şərait yaradır. Hazırda zavodda qənaət rejiminin gücləndirilməsiylə bağlı qəbul edilmiş tədbirlər planı uğurla icra olunur", - deyə şirkətdən qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi