​Gürcüstanlı nazir: "Rusiya Gürcüstanın nüfuzunu təhlükə altına qoymaq istəyir"

​Gürcüstanlı nazir: "Rusiya Gürcüstanın nüfuzunu təhlükə altına qoymaq istəyir" "Bakı-Supsa boru kəməri artıq uzun müddətdir ki, işğal olunan ərazilərdən keçir"
Energetika
14 İyul , 2015 16:51
​Gürcüstanlı nazir: Rusiya Gürcüstanın nüfuzunu təhlükə altına qoymaq istəyir

Bakı. 14 iyul. REPORT.AZ/ "Bakı-Supsa boru kəməri artıq uzun müddətdir ki, Gürcüstanın işğal olunan ərazilərindən keçir".

"Report" "Qruziya-Online"a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili bildirib.

"Bakı-Supsa boru kəmərinə gəlincə, əgər biz keçmiş Cənubi Osetiya ərazisinin də daxil olduğu "İşğal olunan ərazilər haqqında" qanuna nəzər salsaq, görərik ki, bu boru kəməri artıq uzun müddətdir işğal altında olan ərazilərdən keçir. Bu gün işğal olunmuş ərazidə plakatların və bannerlərin yerləşdirilməsi baş verir, onlar irəli çəkilir və məsələ aktuallaşır", - o vurğulayıb.

Nazirin sözlərinə görə, Rusiya təxribatlar törətməklə Gürcüstan ərazisindən enerji resurslarının daşınmasında ölkənin etibarlı tərəfdaş kimi nüfuzunu zərbə altında qoyur. 

Son xəbərlər

Orphus sistemi