Gürcüstanın energetika naziri SOCAR rəhbərliyi ilə görüşəcək

Gürcüstanın energetika naziri SOCAR rəhbərliyi ilə görüşəcək Gürcüstanın "Qazprom"la Vyana danışıqları nəticə verməyib
Energetika
22 Fevral , 2016 17:29
Gürcüstanın energetika naziri SOCAR rəhbərliyi ilə görüşəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-də Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə IPN agentliyi məlumat yayıb.

K.Kaladzenin sözlərinə görə, Bakı səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), həmçinin neft və qaz konsorsiumunun nümayəndələri ilə görüş keçirəcək: "Biz onlarla aktiv çalışırıq və "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq üçün fəaliyyətimizi davam etdiririk. Biz çox nikbinik və danışıqların müsbət nəticələnəcəyini düşünürük". 

Sonra K.Kaladze deyib ki, bir neçə gün öncə Vyanada "Qazprom" (Rusiya) şirkəti ilə aparılan danışıqlarda heç bir razılıq əldə edilməyib.

Son xəbərlər

Orphus sistemi