Gürcüstanın Energetika naziri: "Saakaşvili Rusiya-Ermənistan qaz kəmərini "Qazprom"a satmaq istəyirdi"

Gürcüstanın Energetika naziri: "Saakaşvili Rusiya-Ermənistan qaz kəmərini "Qazprom"a satmaq istəyirdi" Saakaşvili qaz kəmərini satsaydı Tbilisi Moskvaya qarşı vacib iqdisadi və siyasi təsir vasitəsindən məhrum olacaqdı.
Energetika
20 Oktyabr , 2015 21:23
Gürcüstanın Energetika naziri: Saakaşvili Rusiya-Ermənistan qaz kəmərini Qazproma satmaq istəyirdi

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gürcüstanın Energetika naziri Kaxa Kaladze bəyan edib ki, ölkənin sabiq dövlət başçısı Mixail Saakaşvili 2005-ci ildə Rusiya-Ermənistan qaz kəmərinin Gürcüstandan keçən hissəsini "Gazprom" şirkitənə satmaq istəyib.

Nazirin sözlərinə görə, bu planın baş tutmamasının əsas səbəbkarı ABŞ olub. "Bizim strateji tərəfdaşımız olmasaydı, bu kəmər Rusiyanın nəzarətində olacaqdı. Rəsmi Vaşinqton, sözügedən kəmərin bərpasına vəsait ayırmadan əvvəl onun xarici dövlətə satılmaması şərtini qoşub", - deyə Kaladze xatırladıb.

O, qeyd edib ki, Saakaşvili qaz kəmərini satsaydı Tbilisi Moskvaya qarşı "vacib iqdisadi və siyasi təsir vasitəsindən məhrum olacaqdı".

Son xəbərlər

Orphus sistemi