Gürcüstanın energetika naziri "Gazprom" rəsmiləri ilə görüşəcək

Gürcüstanın energetika naziri "Gazprom" rəsmiləri ilə görüşəcək Görüş Ermənistana nəql olunan Rusiya qazının tranziti üçün yeni sazişin razılaşdırılması ilə bağlıdır
Energetika
23 Dekabr , 2016 12:07
Gürcüstanın energetika naziri Gazprom rəsmiləri ilə görüşəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Minsk şəhərində (Belarus) Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və “Gazprom Export” şirkətinin nümayəndələri görüşəcək.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, görüş Ermənistana nəql olunan Rusiya qazının tranziti üçün yeni sazişin layihəsinin razılaşdırılması ilə bağlıdır.

Sabah isə K.Kaladze “İnter PAO” şirkətinin rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Gürcüstanın energetika naziri bundan öncə, dekabrın 13-14-də Vyanada “Gazprom” nümayəndələri ilə görüşüb. Həmin görüşdə tərəflər Rusiya qazının Ermənistana nəqlinin tranzitinə görə yeni saziş üçün razılığa gəlməyib. Hazırkı müqavilənin müddəti bu ilin sonunda başa çatır.

Rusiya qazının Ermənistana nəqlinə görə tranzit haqqı olaraq Gürcüstan ümumi tədarükün 10%-ni alır. Başa çatmaqda olan il üçün saziş müddətinin bitməsindən iki ay sonra, apreldə rəsmiləşdirilib. Sazişin gec yenilənməsinin səbəbi “Gazprom”un ödənişi məhsul olaraq deyil, pul şəklində ödəmək istəməsi ilə bağlı olub. Gürcüstan 2007-ci ildən Rusiyadan birbaşa qaz almır. Gürcüstanın əsas qaz təminatçısı Azərbaycandır.

Son xəbərlər

Orphus sistemi