Gürcüstanın energetika naziri: "Azərbaycandan əlavə həmcdə qaz almasına dair razılıq əldə olunub"

Gürcüstanın energetika naziri: "Azərbaycandan əlavə həmcdə qaz almasına dair razılıq əldə olunub" Kaxa Kaladze: "Şahdəniz"dən əlavə həcmdə qaz almaq mümkündür"
Energetika
1 Mart , 2016 12:34
Gürcüstanın energetika naziri: Azərbaycandan əlavə həmcdə qaz almasına dair razılıq əldə olunub

Bakı. 1 mart. REPORT.AZ/ Gürcüstanın Azərbyacandan əlavə həcmdə təbii qaz alması barədə faktiki olaraq razılıq əldə edilib. "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze Bakıya səfərindən sonra bildirib.

Nazir qeyd edib ki, "Şahdəniz" yatağının işlənməsi layihəsi çərçivəsində əlavə həcmdə qaz almaq mümkündür: "Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında mövcud dostluq münasibətləri barədə danışdıq. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkıətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşdüm. Görüşdə gələcək əməkdaşlıq, Gürcüstanın daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması müzakirə olunub. Faktiki olaraq razılığa gəlmişik. "Şahdəniz" yatağından Cənubi Qafqaz boru kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq".

Qeyd edək ki, SOCAR prezidenti R.Abdullayev ötən gün jurnalistlərə bildirib ki, əvvəl Gürcüstana satılan qazın 60%-i qışda, 40%-i isə yayda ötürülüb, indi isə 70% qışda, 30% yayda nəql olunacaq.

R.Abdullayev "Şahdəniz" konsorsiumu ilə razılığa gəlindiyini və əlavə 500 mln. kubmetr həcmində təbii qazın Gürcüstana bu yolla ötürüləcəyini deyib: "Şahdəniz"də bizim 500-700 mln. kubmetrə qədər əlavə qaz istifadə etmək, yaxud onu Türkiyə və Gürcüstan bazarında satmaq imkanımız var. Məhz ona görə də boru xəttində əlavə yer ayırdıq ki, 500 mln. kubmetrə qədər əlavə qazı Gürcüstana sataq. Əvvəl yalnız 800 mln. kubmetrə qədər "Şahdəniz" qazı satırdıq. Amma indi imkan yaranıb ki, bunu 1,5 mlrd. kubmetrə çatdıraq".

Son xəbərlər

Orphus sistemi