Gürcüstanın energetika naziri Azərbaycana gəlib

Gürcüstanın energetika naziri Azərbaycana gəlib Onun Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ilə görüşü planlaşdırılır
Energetika
4 Fevral , 2016 14:11
Gürcüstanın energetika naziri Azərbaycana gəlib

Bakı. 4 fevral. REPORT.AZ/ Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bu gün işgüzar səfərlə Bakıya gəlib.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, nazirin səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşü planlaşdırılır.

Görüşdə enerji sahəsində hazırkı və gələcək perspektiv əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi