Gürcüstanın ötənilki elektrik enerjisi ixracının 5%-i Azərbaycanın payına düşüb

Gürcüstanın ötənilki elektrik enerjisi ixracının 5%-i Azərbaycanın payına düşüb 2019-cu ildə Gürcüstan 1,63 mlrd. kilovaat/saat həcmində elektrik enerjisi idxal edib.
Energetika
28 May , 2020 16:06
Gürcüstanın ötənilki elektrik enerjisi ixracının 5%-i Azərbaycanın payına düşüb
0 : 00
0 : 00

2019-cu ildə Gürcüstan 1,63 mlrd. kilovaat/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının illik hesabatında bildirilib.

İllik müqayisədə bu həcm 7,8% artıb.

Hesabata əsasən, idxalın 68%-i Türkiyə, 32%-i isə Rusiyanın payına düşüb.

Sənəddə qeyd olunub ki, ötən illərdə idxalın əhəmiyyətli hissəsini Azərbaycan təmin edib. 2017-ci ildə bu göstərici 61%, 2018-ci ildə isə 82%-ə bərabər olub.

Qonşu ölkənin ixrac etdiyi elektrik enerjisinin həcmi isə illik müqayisədə 2,5 dəfə azalaraq 243 mln. kilovaat/saat təşkil edib.

Gürcüstanın ötənilki elektrik enerjisi ixracının 46%-i Türkiyə, 24%-i Rusiya, 24%-i Ermənistan, 5%-i isə Azərbaycana yönəlib.  

Son xəbərlər

Orphus sistemi