Gürcüstanın builki elektrik enerjisi idxalının 14%-i Azərbaycanın payına düşüb

Gürcüstanın builki elektrik enerjisi idxalının 14%-i Azərbaycanın payına düşüb Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1 416 milyon kVt/saat elektrik enerjisi idxal edib.
Energetika
30 dekabr 2019 07:30
Gürcüstanın builki elektrik enerjisi idxalının 14%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1 416 milyon kVt/saat elektrik enerjisi idxal edib. 

"Report" bu barədə qonşu ölkənin İqtisadiyyat Nazirliyinin 2020-ci il üçün hazırladığı büdcə sənədinə istinadən xəbər verir. 

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur. 

11 ay ərzində idxalın 204 milyon kVt/saatı və yaxud 14,4%-i Azərbaycanın, 512 milyon kVt/saatı və yaxud 36,2%-i isə Rusiyanın payına düşüb. 

Son xəbərlər

Orphus sistemi