Gürcüstanın builki elektrik enerjisi idxalının 49%-i Azərbaycanın payına düşüb

Gürcüstanın builki elektrik enerjisi idxalının 49%-i Azərbaycanın payına düşüb Bu ilin yanvar-fevral aylarında Gürcüstan 526,30 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
Energetika
13 Mart , 2020 19:49
Gürcüstanın builki elektrik enerjisi idxalının 49%-i Azərbaycanın payına düşüb
Pexels.com

Bu ilin yanvar-fevral aylarında Gürcüstan 526,30 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin 256,875 milyon kilovatt/saatı və yaxud 49%-i Azərbaycanın payına düşüb.

Rusiyadan isə Gürcüstan 269,423 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan Türkiyəyə 51,09 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.

Son xəbərlər

Orphus sistemi