Yuxarı
    Bağlamaq

    Gürcüstanın baş nazirinin müavini: "Söhbət Azərbaycan qazının Rusiya qazı ilə əvəz olunmasından getmir"

    Gürcüstan gələcəkdə də Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir

    Bakı. 24 oktyabr. REPORT.AZ/ "Gürcüstan gələcəkdə də Azərbaycanla əməkdaşlığı davam etdirəcək və Azərbaycan qazının idxalını əvəzləmək niyyətində deyil".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze bildirib. 

    "Söhbət əvəzetmədən getmir, söhbət bu gün ölkə və bazarın ehtiyac duyduğu əlavə həcmdən gedir. Müflisləşən siyasi partiyalar, siyasi fiqurlar bunu bir problem kimi, Gürcüstanın Azərbaycanı əvəzləmək istəməsi kimi qələmə vermək istəyir. Bu yalandır. Biz illərdir ki, Azərbaycanla əməkdaşlıq edirik və bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik", - K.Kaladze qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi