Gürcüstanın baş naziri BP-nin regional prezidenti ilə Cənub Qaz Dəhlizini müzakirə etdi

Gürcüstanın baş naziri BP-nin regional prezidenti ilə Cənub Qaz Dəhlizini müzakirə etdi Gürcüstanın baş naziri Giorgi Qaxaria BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consla görüşüb.
Energetika
20 Fevral , 2020 13:25
Gürcüstanın baş naziri BP-nin regional prezidenti ilə Cənub Qaz Dəhlizini müzakirə etdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Tərəflər BP şirkətinin Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı layihələri və strateji əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə Gürcüstanda əlverişli biznes mühitin olduğu və Britaniya şirkətlərinin bu ölkədəki uzunmüddətli uğurlu fəaliyyəti qeyd olunub.

Q.Cons Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması və “Şahdəniz” layihəsinin hazırkı inkişaf mərhələsi barədə danışıb. O deyib ki, bu layihə cari ilin sonunda Qafqazdan Avropaya təbii qazın Gürcüstan vasitəsilə çatdırılmasına imkan verəcək.

Görüşdə bu layihənin reallaşdırılmasında Gürcüstanın əhəmiyyətli rolu və hökumətin fəal iştirakı vurğulanıb.

G.Qaxaria Gürcüstanın regional tranzit funksiyasının əhəmiyyətindən və enerji təhlükəsizliyi sahəsində ölkənin ehtiyaclarından danışıb. Baş nazir Gürcüstan hökumətinin BP şirkəti ilə hazırkı və gələcək əməkdaşlığa dəstəyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi