Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 41,057 mln dollar dəyərində elektrik enerjisi idxal edib.
Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisi məbləğ baxımından illik müqayisədə 20,4 min dollar azalıb.
2018-ci ilin eyni dövründə Gürcüstan Azərbaycandan 41,077 mln dollar dəyərində elektrik enerjisi tədarük edib.