Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 17% artıb

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 17% artıb Bu ilin yanvar-fevral aylarında Gürcüstan 827,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib
Energetika
4 Mart , 2021 14:21
Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 17% artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan 827,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, idxalın 299,7 milyon kilovatt/saatı və yaxud 36,2%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə həcm 16,7% artıb.

Son 2 ayda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü 521 milyon kilovatt/saatla Rusiya olub.

Son xəbərlər

Orphus sistemi