Gürcüstanda yanacaq bahalaşır

Gürcüstanda yanacaq bahalaşır Gürcüstanda yanacağın qiymətində gündəlik artım müşahidə olunur.
Energetika
111
11 Mart , 2022 15:56
Gürcüstanda yanacaq bahalaşır

Gürcüstanda yanacağın qiymətində gündəlik artım müşahidə olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bahalaşma bütün yanacaq doldurma məntəqələrində qeydə alınır.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib ki, qiymət artımına səbəb dünya bazarında neftin bahalaşması və larinin dollara qarşı ucuzlaşmasıdır.

Hazırda brend olmayan yanacaq doldurma məntəqələrində (YDM) yanacağın qiyməti brend YDM-lərlə müqayisədə daha yüksəkdir. Belə ki, iri şəbəkələrdən fərqli olaraq kiçik şirkətlərin yanacaq ehtiyatı yoxdur.

Ukraynadakı müharibə səbəbindən Gürcüstanda yanacağın qiymətində kəskin sıçrayışın olacağı proqnozlaşdırılır.

Qonşu ölkədə hazırda “reqular” tipli benzin 3,38-3,51 lari, “premium” tipli 3,47 lari, “super” tipli yanacaq isə 3,53-3,70 lariyə təklif olunur.

Son xəbərlər

Orphus sistemi