Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb

Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb Tbilisi. 19 oktyabr. REPORT.AZ/ Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb.
Energetika
19 Oktyabr , 2018 23:05
Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb

Tbilisi. 19 oktyabr. REPORT.AZ/ Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Neft və Qaz Korporasiyasının nümayəndəsi Temur Qoçitaşvili yerli “Maestro” kanalına bildirib. 

O deyib ki, axtarış üzrə əməliyyatları “Schlumberger Rustaveli Company” şirkəti həyata keçirir:

“Təbii qaz ehtiyatları 5 min metr dərinlikdə çöküntülü süxurlarda axtarılır. Bu, Gürcüstanda ilk dəfədir həyata keçirilir”.

T.Qoçitaşvili qeyd edib ki, axtarış işləri adətən neft ehtiyatlarının aşkar olunduğu orta eosen adlanan çöküntü qatında (3500 metr) aparılır.

Son xəbərlər

Orphus sistemi