Yuxarı

Gürcüstanda SOCAR-ın təqaüdçü tələbələri anım mərasimi keçiriblər

Mərasim SOCAR-ın Gürcüstan nümayəndəliyinin inzibati binası qarşısında keçirilib

Bakı. 9 dekabr. REPORT. AZ / “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciə ilə əlaqədar olaraq Gurcüstanın ali məktəblərində “SOCAR Georgia”nın təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələr anım mərasimi keçiriblər.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim SOCAR-ın Gürcüstan nümayəndəliyinin inzibati binası qarşısında keçirilib. Tələbələr Azərbaycan neftçilərinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq həlak olmuş neftçilərin ruhuna dualar oxuyub, ofisin qarşısına tər qərənfillər düzüblər. İştirakçılar əllərində üçrəngli Azərbaycan bayrağı və “Başın sağ olsun, Azərbaycan” sözləri yazılmış plakatlar tutublar. Gənclər faciə nəticəsində xəsarət almış və hazırda xəstəxanada müalicə olunan neftçilərə Allahdan şəfa diləyiblər.                               

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi