Gürcüstanda iri qaz ehtiyatları aşkarlanıb

Gürcüstanda iri qaz ehtiyatları aşkarlanıb Bu ehtiyatların Türkiyə və Şərqi Avropa ölkələrinə satılacağı ehtimal olunur
Energetika
3 Fevral , 2016 17:48
Gürcüstanda iri qaz ehtiyatları aşkarlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Gürcüstanın Cənubi Kaxetiya ərazisində 5,3 trln. kubmetr həcmində təbii qaz ehtiyatlarının olduğu müəyyənləşib.

"Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın karbohidrogenlərin kəşfiyyatı və hasilatı ilə məşğul olan "Frontera Resources" şirkətinin rəhbəri Stiv Nikandros bildirib.

Bu həcm Rusiyanın "Qazprom" şirkətinin ümumi ehtiyatlarının 15%-ni təşkil edir.

S.Nikandrosun sözlərinə görə, bu həcm 10 il müddətində bazara çıxarılacaq və qaz nəqlində oyun qaydalarını dəyişəcək. Yaxın 5 il ərzində şirkət yanacağın ixracına başlamağı nəzərdə tutur. Bu həcmin Türkiyə və Şərqi Avropa ölkələrinə satılacağı ehtimal olunur.

Qeyd edək ki, 2015-ci ildə Amerika şirkəti bu ərazidə ehtiyatları 3,8 trln. kubmetr həcmində qiymətləndirib.

Ötən il "Frontera Resources" şirkəti Ukraynanın "Naftoqaz" şirkəti ilə Gürcüstandakı obyektlərindən sıxılmış qazın nəqli ilə bağlı saziş imzalayıb.

"Frontera Resources" şirkəti 2014-cü ilin aprel ayında Gürcüstanda işləməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi