Gürcüstanda elektrik enerjisi bahalaşıb

Gürcüstanda elektrik enerjisi bahalaşıb Gələn il yanvarın 1-dən Gürcüstanda elektrik enerjisinin yeni istehlak tarifləri qüvvəyə minəcək.
Energetika
1524
29 Dekabr , 2020 12:31
Gürcüstanda elektrik enerjisi bahalaşıb

Gələn il yanvarın 1-dən Gürcüstanda elektrik enerjisinin yeni istehlak tarifləri qüvvəyə minəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası qərar qəbul edib.

Qərara əsasən, Tbilisi və bögələrdə əhali üçün qiymət 3,5 tetri, kommersiya müəssisələri üçün isə 11 tetriyə yaxın artıb.

Yeni tariflər 2025-ci ilin sonuna qədər qüvvədə olacaq.

Gürcüstan hökumətinin qərarı ilə ayda 300 kilovatt/saatadək elektrik enerjisi istehlak edən sakinlər üçün cari tarif və artırılmış tarif arasında fərq tam subsidiya ediləcək.

Qeyd edək ki, hazırda Tbilisidə ayda 101 kilovat/saatadək elektrik enerjisi istehlak edənlər üçün tarif 14,5 tetri, 301 kilovat/saatadək elektrik enerjisi istehlak edənlər üçün isə 18,5 tetri təşkil edir. Bölgələrdə isə bu tariflər müvafiq olaraq 14,2 tetri və 18,2 tetriyə bərabərdir.

Son xəbərlər

Orphus sistemi