Gürcüstanda Cənub Qaz Dəhlizi ilə bağlı tikinti işləri başa çatdırılıb

Gürcüstanda Cənub Qaz Dəhlizi ilə bağlı tikinti işləri başa çatdırılıb “Cənub Qaz Dəhlizi Layihəsi yalnız iştirakçı ölkələr deyil, Avropa İttifaqı ölkələri tərəfindən də beynəlxalq səviyyədə tanınıb”.
Energetika
29 Fevral , 2020 12:15
Gürcüstanda Cənub Qaz Dəhlizi ilə bağlı tikinti işləri başa çatdırılıb

“Cənub Qaz Dəhlizi Layihəsi yalnız iştirakçı ölkələr deyil, Avropa İttifaqı ölkələri tərəfindən də beynəlxalq səviyyədə tanınıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında bildirib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, nazir layihə ilə bağlı əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu deyib.

N.Turnavanın sözlərinə görə, Azərbaycan və Gürcüstanda dəhlizlə bağlı tikinti işləri 100% başa çatdırılıb: “Türkiyədə layihə ilə bağlı infrastruktur işləri yekunlaşdırılıb”.

Nazir qeyd edib ki, TANAP və TAP layihələrinə qədər Gürcüstanın tranzit funksiyası yalnız regional səviyyədə idi: “İndi isə Gürcüstan beynəlxalq oyunçu kimi çıxış edir. Şadam ki, mənim ölkəmin bu kontekstdə rolunun əhəmiyyətini nümayiş etdirmək üçün daha bir şansı var”.

O əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsinin uğuru bu cür beynəlxalq layihələrin həyata keçirilməsində dövlətlərin birgə səylərinin rolunu bir daha vurğulayır.

Son xəbərlər

Orphus sistemi