Yuxarı

Gürcüstanda Azərbaycan qazının saxlanılacağı yeraltı anbarla bağlı layihə hazırlanıb

​Gürcüstanda Azərbaycan qazının saxlanılacağı yeraltı anbarla bağlı la

Gürcüstanda, əsasən, Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılması üçün nəzərdə tutulan yeraltı anbarın tikintisi ilə bağlı layihə hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi məlumat yayıb.

Layihəyə əsasən, anbarda saxlanılan qazdan istifadə "mavi yanacağ"a olan tələbat və ya qiymətin artacağı hallarda nəzərdə tutulub.

Yeraltı qaz anbarını magistral qaz kəməri ilə birləşdirilməsi üçün 8 kilometr uzunluqda olan qaz borusunun tikintisi planlaşdırılır. Bununla yanaşı, obyektin elektrik enerjisi şəbəkəsi ilə birləşdirilməsi üçün 110 kilovatt gücə malik hava elektrik ötürücü xətti də çəkiləcək. Bu infrastruktur Qardabani rayonunun ərazisində yerləşəcək.

Layihənin avqustun 6-da Qardabani bələdiyyəsində ictimai müzakirəsi təşkil olunacaq.

Qeyd edək ki, qonşu ölkədə yeraltı qaz anbarının tikintisinin 2018-ci ilin birinci yarısında başlanılması və 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Layihənin ümumi dəyəri, təxminən, 300 mln. dollar təşkil edir. Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır. Qaz anbarında 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının, təxminən, 15%-ni təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi