Gürcüstanda “Avro 5” yanacaq standartına keçid yenidən təxirə salınıb

Gürcüstanda “Avro 5” yanacaq standartına keçid yenidən təxirə salınıb Gürcüstanda “Avro 5” yanacaq standartına keçid 3-cü dəfə təxirə salınıb.
Energetika
22 Oktyabr , 2021 15:00
Gürcüstanda “Avro 5” yanacaq standartına keçid yenidən təxirə salınıb

Gürcüstanda “Avro 5” yanacaq standartına keçid 3-cü dəfə təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorqadze “BusinessPressNews” nəşrinə bildirib.

O, qərarın nə zaman qüvvəyə minəcəyi barədə məlumatlı olmadığını qeyd edib: “Biz əlbəttə ki, təxirə salınmanı alqışlayırıq. Lakin bununla bağlı şirkətin heç bir müraciəti olmayıb”.

Gürcüstan hökumətinin qərarı ilə yeni standartın tətbiqi 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəkdi. “Avro 5”ə keçid hələ 2020-ci ilin yanvarın 1-də baş tutmalı idi.

Azərbaycan qonşu ölkənin əsas dizel tədarükçülərindən biridir. Nəşr qeyd edib ki, Gürcüstan yeni standarta Azərbaycanın “Avro-5”ə cavab verən yanacaq məhsullarının istehsalını təmin etməsindən sonra keçəcək.

Son xəbərlər

Orphus sistemi