Yuxarı

Gürcüstan yanacaq idxalını azaldıb

​Gürcüstan yanacaq idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan 494,3 min ton benzin və dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

İllik müqayisədə qonşu ölkə yanacaq məhsullarının idxalını 228 min ton azaldıb.

İdxal olunan yanacağın 259,7 min tonunu benzin, 234,6 min tonunu isə dizel təşkil edib.

Bu ilin ilk yarısında Gürcüstan ən çox Rusiyadan benzin və dizel idxal edib. Gürcüstanın ümumi yanacaq idxalının 30,7%-i (151,8 min ton) bu ölkənin payına düşüb.

Hesabat dövründə qonşu ölkə Rumıniyadan 130,2 min ton, Azərbaycandan 97 min ton, Bolqarıstandan 47 min ton, Türkmənistandan 42,6 min ton, Yunanıstandan 25,1 min ton yanacaq alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi