Gürcüstan Türkiyə və Rusiyaya elektrik enerjisinin ixracına başlayıb

Gürcüstan Türkiyə və Rusiyaya elektrik enerjisinin ixracına başlayıb Gürcüstan bu aydan qonşu Türkiyə və Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb.
Energetika
7 May , 2019 11:08
Gürcüstan Türkiyə və Rusiyaya elektrik enerjisinin ixracına başlayıb

Gürcüstan bu aydan qonşu Türkiyə və Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb. 

İxracın gündəlik həcmi Türkiyəyə 2,78 mln. kilovatt/saat, Rusiyaya isə 2,61 mln. kilovatt/saat təşkil edir. 

Gürcüstanın qonşu ölkələrə elekrik enerjisini ixrac etməsinə başlaması su elektrik stansiyalarında istehsalın artması ilə əlaqədardır. 

Builki proqnoza əsasən Gürcüstandan təxminən 700 mln. kilovatt/saat elektrik enerjisinin ixracı planlaşdırılıb ki, bu da idxaldan 4 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi