​Gürcüstan "Şahdəniz"dən qaz tədarükünü artıracağına ümid edir

​Gürcüstan "Şahdəniz"dən qaz tədarükünü artıracağına ümid edir Kaladze: "Hazırda danışıqlar fəal mərhələdədir, lakin razılaşma əldə olunmayıb"
Energetika
6 Fevral , 2016 08:30
​Gürcüstan Şahdənizdən qaz tədarükünü artıracağına ümid edir

Bakı. 6 fevral. REPORT.AZ/ Gürcüstan hökuməti Cənubi Qafqaz boru kəməri vasitəsi ilə Azərbaycandan əlavə həcmdə təbii qaz almağa ümid edir.

"Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıya səfərinin yekununa dair açıqlama verən Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Nazir qeyd edib ki, Gürcüstan hökuməti 2011-ci ildən əlavə qaz həcmləri almaq xahişi ilə Cənubi Qafqaz boru kəməri konsorsiumuna müraciət edib, lakin dəfələrlə danışıqlar aparmaq barədə təkliflərinə yazılı şəkildə rədd cavabı alıb.

Kaladzenin sözlərinə görə, hazırda danışıqlar olduqca fəal mərhələdədir, lakin razılaşma hələ ki, əldə olunmayıb. O bildirib ki, əgər Gürcüstan konsorsiumumu razı sala bilsə, boru kəmərinin əlavə qaz həcmi nəql etmək üçün imkanları var.

Onun sözlərinə görə, danışıqlar müsbət nəticələnərsə, Gürcüstanın bu gün Rusiyadan almaq istədiyi qaz həcmlərinə ehtiyac qalmayacaq. Kaladze əlavə edib ki, bu gün söhbət Rusiyadan 300-400 milyon kubmetr qazın alınmasından gedir.

Son xəbərlər

Orphus sistemi