Gürcüstan qaz idxalını 18% artırıb

Gürcüstan qaz idxalını 18% artırıb Gürcüstan bu ilin yanvar-fevral aylarında 104,428 mln. ABŞ dolları dəyərində təbii qaz tədarük edib.
Energetika
19 Mart , 2020 11:38
Gürcüstan qaz idxalını 18% artırıb

Gürcüstan bu ilin yanvar-fevral aylarında 104,428 mln.  ABŞ dolları dəyərində təbii qaz tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Təbii qazın qonşu ölkənin ümumi idxalında payı 7,9%-ə bərabər olub.

İllik müqayisədə Gürcüstanın qaz idxalı 18,1% artıb.

Hesabat dövründə Gürcüstan 105 710 min ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmində 4,3% artım qeydə alınıb. Bu məhsulların ümumi idxalda payı isə 8% olub. 

Son xəbərlər

Orphus sistemi