Gürcüstan neft və qaz tədarükünü azaldıb

Gürcüstan neft və qaz tədarükünü azaldıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 366,5 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.
Energetika
675
19 Oktyabr , 2020 11:35
Gürcüstan neft və qaz tədarükünü azaldıb
0 : 00
0 : 00

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 366,5 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Bu məhsulların Gürcüstanın ümumi idxalında payı 6,4% təşkil edib. İllik müqayisədə idxal həcmi 32,5% azalıb.

Hesabat dövründə Gürcüstan ümumi dəyəri 197,2 milyon ABŞ dolları olan təbii qaz da tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 11,3% azdır.

Bu il neft və neft məhsulları qonşu ölkənin III, qaz isə V əsas idxal məhsulu olub.

Son xəbərlər

Orphus sistemi