Gürcüstan neft və qaz idxalını azaldıb

Gürcüstan neft və qaz idxalını azaldıb Bu ilin yanvar-may aylarında Gürcüstan 195,6 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.
Energetika
19 İyun , 2020 13:23
Gürcüstan neft və qaz idxalını azaldıb

Bu ilin yanvar-may aylarında Gürcüstan 195,6 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Bu məhsullar qonşu ölkənin ümumi idxalında 6,6% paya sahib olub. İllik müqayisədə Gürcüstanın neft və neft məhsullarının idxalında 29,6% azalma qeydə alınıb.

Bu ilin ilk beş ayında Gürcüstan 167,3 mln ABŞ dolları dəyərində təbii qaz tədarük edib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə məhsulun həcmi 0,6% azalıb.

Son xəbərlər

Orphus sistemi