Gürcüstan neft və qaz idxalını azaldıb

Gürcüstan neft və qaz idxalını azaldıb Bu ilinyanvar-iyul aylarındaGürcüstan 278,5 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.
Energetika
20 Avqust , 2020 12:04
Gürcüstan neft və qaz idxalını azaldıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan 278,5 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkənin ümumi idxalında bu məhsulların payı 6,5%-ə bərabər olub. İllik müqayisədə məhsulların dəyərində 31,1% azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstan 169 mln ABŞ dolları dəyərində təbii qaz tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 11% azdır.    

Son xəbərlər

Orphus sistemi