Gürcüstan hökuməti “Caspian Energy Georgia”nın yaradılmasını müsbət qarşılayır

Gürcüstan hökuməti “Caspian Energy Georgia”nın yaradılmasını müsbət qarşılayır Görüşdə yaxın 5 il ərzində “Caspian Energy Georgia” çərçivəsində həyata keçiriləcək planlar və layihələr müzakirə olunub
Energetika
21 Avqust , 2017 13:16
Gürcüstan hökuməti “Caspian Energy Georgia”nın yaradılmasını müsbət qarşılayır

Bakı. 21 avqust. REPORT.AZ/ Gürcüstan baş nazirinin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirin ikinci müavini Fəxri Hacıyev, “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy İnternational Media Group”un baş direktoru Rasim Mahmudov arasında görüş keçirilib.

Klubdan “Report”a verilən məlumata görə, görüşün əsas mövzusu “Caspian Energy Georgia”nın yaradılması olub.

Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu qeyd edən T.Caparidze birgə layihələrin yüksək templə həyata keçirildiyini vurğulayıb: “Dövlət qurumları səviyyəsində qarşılıqlı anlaşma və möhkəm əməkdaşlıq Gürcüstan və Azərbaycanın özəl sektor nümayəndələri arasında sıx əlaqələrin qurulmasının zəruriliyini şərtləndirir”. 

Gürcüstan hökumətinin “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsini müsbət qarşıladığını qeyd edən T.Caparidze vurğulayıb ki, klub və media qrup həm regionda, həm də onun hüdudlarından kənarda tanınır. “Gürcüstan hökuməti “Caspian Energy Georgia”ya hər cür dəstək göstərəcək. Biz bugünkü əməkdaşlığımızdan çox məmnunuq”, - baş nazirin müşaviri söyləyib. 

O qeyd edib ki, qarşıya qoyduqları əsas məqsədlərdən biri xarici bazarlara çıxış və qonşu ölkələrlə əlaqələrin inkişafıdır. Bununla bağlı T.Caparidze illik beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin yenidən işə başlamısının vacibliyini vurğulayıb.

Gürcüstan hökumətinin Azərbaycanla səmərəli əməkdaşlıqdakı fəal mövqeyini vurğulayan Azərbaycan səfiri D.Həsənov “Caspian Energy Georgia”nın fəaliyyətinin bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu ifadə edib. O, hökumət üzvlərini bu il sentyabrın 29-da başlayacaq biznes forumlarda və “CEO Lunch Tbilisi”də fəal iştirak etməyə dəvət edib. “CEO Lunch Tbilisi” hər ayın sonuncu cümə günü təşkil olunacaq. “Maraqlıdır ki, “Caspian Enegy Georgia”nın yenidən fəaliyyətə başlaması Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə təsadüf edir”, - səfir əlavə edib.

Tədbir iştirakçılarına sıralarında 50 ölkədən 5 min şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığı barədə məlumat verilib. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatı dəstək göstərir. “Caspian European Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Görüşdə həmçinin yaxın 5 il ərzində “Caspian Energy Georgia” çərçivəsində həyata keçiriləcək planlar və layihələr müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi