​Gürcüstan Energetika Nazirliyi: Gürcüstan yaxın gələcəkdə Rusiyadan qaz almayacaq

​Gürcüstan Energetika Nazirliyi: Gürcüstan yaxın gələcəkdə Rusiyadan qaz almayacaq "Qazprom" isə yaydığı rəsmi məlumatda danışıqların davam etdirildiyini açıqlayıb
Energetika
10 Dekabr , 2015 13:24
​Gürcüstan Energetika Nazirliyi: Gürcüstan yaxın gələcəkdə Rusiyadan qaz almayacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Gürcüstan yaxın gələcəkdə Rusiyanın "Qazprom" şirkətindən kommersiya məqsədləri üçün təbii qaz almağı planlaşdırmır. "Report" xəbər verir ki, bu barədə Gürcüstan Energetika Nazirliyinin yaydığı hesabatda məlumat verilib.

"Qazprom" isə yaydığı rəsmi məlumatda danışıqların davam etdirildiyini açıqlayıb.

Qeyd edək ki, ötən gün Lüksemburqda Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller arasında görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi