Gürcüstan elektrik enerjisi idxalını azaltmaq niyyətindədir

Gürcüstan elektrik enerjisi idxalını azaltmaq niyyətindədir “Gürcüstan elektrik enerjisinin idxalını yerli istehsal hesabına azaltmalıdır”.
Energetika
3 İyun , 2019 14:48
Gürcüstan elektrik enerjisi idxalını azaltmaq niyyətindədir

“Gürcüstan elektrik enerjisinin idxalını yerli istehsal hesabına azaltmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri İrina Milorava jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkənin energetika sektorunda ən əsas problem idxalın artmasıdır: “Son iki il ərzində elektrik enerjisinin idxalı, təxminən, üç dəfə artıb. Bu, energetika sektoru üçün çox ciddi siqnaldır. İdxalın həcmi daxili istehsal hesabına azaldılmalıdır. Bu, növbəti illər üçün əsas vəzifə olmalıdır”.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında qonşu ölkə 613,88 mln.kilovatt/saat həcmində elektrik enerjisi idxal edb ki, bunun da 539,446 mln. kilovatt/saatı (87,8%) Azərbaycanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi