Gürcüstan Azərbaycandan qaz idxalını artırıb

Gürcüstan Azərbaycandan qaz idxalını artırıb Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 277, 593 mln. kubmetr həcmində təbii qaz idxal edib.
Energetika
5 mart 2020 06:19
Gürcüstan Azərbaycandan qaz idxalını artırıb
freepik.com

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 277, 593 mln. kubmetr həcmində təbii qaz idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi təbii qazın ümumi dəyəri 47,303 min ABŞ dollarına bərabər olub.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın həcmi 16, 893 mln. kubmetr və ya 6,4 % artıb.

Hesabat ayında qonşu ölkə Azərbaycandan ümumi dəyəri 1,647 mln. ABŞ dolları olan 2 517 ton neft və neft məhsulları tədarük edib. 2019-cu ilin yanvar ayında Azərbaycandan Gürcüstana bu növ məhsul ixrac olunmayıb. 

Son xəbərlər

Orphus sistemi