Gürcüstan Azərbaycandan qaz idxalını 15,6% artırıb

Gürcüstan Azərbaycandan qaz idxalını 15,6% artırıb Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 857 259,5 kubmetr təbii qaz idxal edib.
Energetika
20 May , 2019 11:24
Gürcüstan Azərbaycandan qaz idxalını 15,6% artırıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 857 259,5 kubmetr təbii qaz idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Gürcüstanın Azərbaycandan aldığı təbii qazın ümumi dəyəri 146 mln. 523,6 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 116 140,9 kubmetr və ya 15,6 % çoxdur. 

Son xəbərlər

Orphus sistemi