Gürcüstan Azərbaycandan neft məhsullarının idxalını 3% artırıb

Gürcüstan Azərbaycandan neft məhsullarının idxalını 3% artırıb Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 146,367 min ton neft və neft məhsulları idxal edib.
Energetika
23 Dekabr , 2019 10:49
Gürcüstan Azərbaycandan neft məhsullarının idxalını 3% artırıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 146,367 min ton neft və neft məhsulları idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

11 ay ərzində Azərbaycanın Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının dəyəri 80,42 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 9,9% azdır. 

Son xəbərlər

Orphus sistemi