Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Gürcüstan Azərbaycandan neft idxalını artırıb Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 150,3 milyon ABŞ dolları dəyərində 1,063 milyard kubmetr təbii qaz idxal edib.
Energetika
23 Sentyabr , 2020 17:29
Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 150,3 milyon ABŞ dolları dəyərində 1,063 milyard kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi təbii qazın həcmi 4,8% azalıb.

Yanvar-avqust aylarında Gürcüstanın Azərbaycandan tədarük etdiyi neft və neft məhsullarının isə həcmi 147,4 min ton, dəyəri 44,6 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi bu məhsulların həcmi 20% artıb.

Son xəbərlər

Orphus sistemi