Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 34 % azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 34 % azaldıb 2020-ci ildə Gürcüstan Azərbaycandan 726,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.
Energetika
15 Yanvar , 2021 13:58
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 34 % azaldıb

2020-ci ildə Gürcüstan Azərbaycandan 726,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu həcm illik müqayisədə 34 % azdır.

Ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 610,1 milyon kilovatt/saat təşkil edib ki, bu həcmin də 45,1 %-ni Azərbaycan ödəyib.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə Azərbaycandan Türkiyəyə tranzit olunan elektrik enerjisinin həcmi 101,8 milyon kilovatt/saata bərabər olub. Bu, 2019-cu illə müqayisədə 25,2 % azdır.

Son xəbərlər

Orphus sistemi