Yuxarı
    Bağlamaq

    ​Gürcüstan Azərbaycan qazının tranzitindən illik 1 mlrd. kubmetr qazanacağını düşünür

    Razılaşmaya əsasən, Azərbaycan qazının Türkiyəyə çatdırılması üçün tranzit haqqı 5% səviyyəsində müəyyən edilib

    Bakı. 21 may. REPORT.AZ/ Gürcüstan “Şahdəniz” qazının Türkiyə və Avropa bazarlarına çıxarılması üçün tranzit haqqı kimi illik 1 mlrd. kubmetrdən çox qaz almaq niyyətindədir. “Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili (Georgi Kvirikashvili) deyib.

    Azərbaycanla Gürcüstan arasında olan razılaşmaya əsasən, Azərbaycan qazının Türkiyəyə çatdırılması üçün tranzit haqqı 1 000 kubmetr üçün 5% səviyyəsində müəyyən edilib.

    Bu vaxta qədər Gürcüstan “Şahdəniz 1” qazının Türkiyəyə nəqlinə illik hər 5,7 mlrd. kubmetr üçün 270 mln. kubmetr qaz əldə edib. Lakin rəsmi Tbilisi bu rəqəmin “Şahdəniz 2” çərçivəsində 2020-ci ildən illik 16 mlrd. kubmetr Azərbaycan qazının Türkiyə və Avropaya nəqlindən daha da artacağını düşünür.

    Ümumilikdə, il ərzində 21,7 mlrd. kubmetr qaz ixrac edilməsi gözlənilir və əgər Gürcüstan bu layihələrdə tranzit ölkə kimi ümumi ixrac edilən qazın 5%-i civarında tranzit haqqı alarsa, bu, illik 1 mlrd. kubmetrdən (1,05-1,08 mlrd. kubmetr) çox edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi