Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq

Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi tamamlamaq üzrədir
Energetika
28 Oktyabr , 2017 14:21
Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Noyabrın ilk həftəsində Gürcüstan Azərbaycana məxsus təbii qazı yeni marşrut üzrə almağa başlayacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatda deyilir ki, Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi layihənin icrası – Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi tamamlamaq üzrədir: "Artıq gələn həftədən Gürcüstan Azərbaycan qazını yeni marşrutla alacaq. Trans Anadolu Qaz Boru Kəməri ilə (TANAP) Türkiyəyə “mavi yanacaq” isə gələn il çatdırılacaq. 2020-ci ildə Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi başa çatdıqdan sonra isə təbii qaz Cənubi Qafqazdan Avropa ölkələrinə çatacaq".

Son xəbərlər

Orphus sistemi