​“Günəşli” yatağındakı daha bir quyu yenidən istismara verilib

​“Günəşli” yatağındakı daha bir quyu yenidən istismara verilib Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
6 İyul , 2015 13:16
​“Günəşli” yatağındakı daha bir quyu yenidən istismara verilib

Bakı. 6 iyul. REPORT.AZ/ Bu günlərdə Xəzər dənizində yerləşən “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündən 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bunu "Report"a Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2 909-2 888 metr intervaldan gündəlik 74 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi