“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib Quyu gündəlik 104 ton neft və 18,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
10 Mart , 2017 13:20
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündən 310 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir kli, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2 732-2 713 metr intervaldan gündəlik 104 ton neft və 18 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft-Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi