“Günəşli” yatağındakı 5 saylı platformada əlavə 8 quyu qazılacaq

“Günəşli” yatağındakı 5 saylı platformada əlavə 8 quyu qazılacaq Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir
Energetika
15 Avqust , 2017 15:55
“Günəşli” yatağındakı 5 saylı platformada əlavə 8 quyu qazılacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ''Günəşli” yatağındakı (dayazsulu) 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır.

“Report” SOCAR-a istinadən xəbər verir ki, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. 

“İşlər çərçivəsində indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanıb, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanıb, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılıb. 3 ədəd quyunun quraşdırılması üçün 25 metrlik dördzolaqlı hərəkət yolu çəkilib və qülləaltı postament qoyulub. Arakəsmə, örtük və ventilyator meydançalarının quraşdırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda 8 quyu şaxtası və 8 istiqamətləndirici boru layihə dərinliyinə vurulacaq, sementlənmə işləri görüləcək, quyular üçün yeni monifold blok yığılacaq, elektrik və nəzarət ölçü cihazları quraşdırılacaq. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır”,- deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi