Yuxarı

​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

Quyuda istismar işləri 28 May NQÇİ tərəfindən həyata keçirilir

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündə 350 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3 110-3 068 metr intervaldan sutkalıq 90 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi